Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhid qardaşından təqdirəlayiq addım – FOTO / VİDEO

Bakının “Torqovıy” kimi tanınan Nizami küçəsində şəhid və qazi ailələrinə xüsusi xidmət təşkil olunub.

Yenicag.az-ın məlumatına görə, insanların vaxtını xoş keçirtmək üçün üz tutduğu həmin küçədə ürəkaçan aksiya Məmmədov Emin Fərman oğlunun təşkilatçılığı ilə keçirilib.

Belə ki, şabalıd və qarğıdalı satan bu gənc şəhid ailələrinə, eyni zamanda qazilərə təmannasız xidmət göstərir.

Bu xeyirxah gənc 20 yanvar faciəsinin azyaşlı şəhidlərindən biri olan Larisa Məmmədovanın qardaşıdır:

“Özüm də şəhid ailəsiyəm. 20 yanvar faciəsi zamanı şəhid olan Larisa Məmmədovanın qardaşıyam. 1991-ci ildən 2001-ci ilə kimi atam 20 Yanvar Cəmiyyətinin sədri olub. Ailəmiz çox sevinir ki, biz bu qələbəni qazandıq. Cənab Prezident başda olmaqla, rəşadətli ordumuzun gücü ilə biz torpaqlarımızı geri aldıq. “Dəmir yumruğ”umuzla göstərdik ki, biz birik və başçımıza hər zaman güvənmişik. Biz qərara gəldik ki, Qələbə günü münasibətilə 4 gün ərzində bütün qazilərimizə, şəhid ailələrinə xidmət göstərək. Bunu özümüzə borc bildik. Ümumilikdə 6 ildir ki, “Torqovıy” ərazisində bu işlə məşğul oluruq. Yarmarkanın ilk günündə cənab Prezident də bizim hazırladığımız şabalıddan dadmışdı və onun xeyir-duasını almışdıq. Ən əsası odur ki, şəhid ailəsi kimi hökumət tərəfindən çox böyük dəstək görürük. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Bakı şəhər Ticarət Departamentinin rəisi İntiqam Məmmədov, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Səbail rayon polis idarəsinin rəisi Hikmət Qasımov bizə dəstək göstərirlər, həmişə bizim ailəmizin yanındadırlar.

Eyni zamanda hökumət tərəfindən təqaüd alırıq.

Hər zaman bizə verdiyi dəstəyə görə cənab Prezidentə təşəkkür edirəm”.

Qeyd edək ki, bu xeyirxah işin təşkilatçısı həm də fotoqrafdır. 2005-ci ildən 2010-cu ilədək iki böyük saytda baş fotoqraf kimi çalışıb.

www.yenicag.az

274
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100