Şəhid xanımı yoldaşının ildönümündə qəzaya düşərək öldü – FOTO

Bu gün Şəhid mayor Rəhim Hüseynovun ildönümündə iştirak etmək üçün Bakıdan Zərdab rayonuna gedən həyat yoldaşı Günel Hüseynova yol qəzası nəticəsində dünyasını dəyişib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun mayoru Rəhim Qədir oğlu Hüseynovun ildönümüdür. O, 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.

Şəhidin ildönümü mərasimi ilə əlaqədar övladı ilə Zərdab rayonuna gedən Günel Hüseynova ağır yol qəzası nəticəsində vəfat edib. İlkin məlumata görə, qəza nəticəsində sürücü də ölüb.

Gülşən Şərif