!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyə Nazirliyi qripə yoluxan şəxslərə çağırış etdi

!Reklam – Yazi

“İnsanlar qripə yoluxanda ya evdə oturmalı, ya da vəziyyətdən asılı olaraq xəstəxana şəraitində müalicə almalıdırlar”.

Yenicag.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, qrip ağır qrupa daxil olan xəstəlikdir və onun ağırlığı, təhlükəliliyi fəsadlarla özünü büruzə verir: “Qripə yoluxan şəxslər əksər hallarda xəstəliyi yüngül keçirsə də, qripdən ölüm halları da olur. Təbii ki, qripdən ölüm halları koronavirusla müqayisədə azdır”.

İnfeksionist bildirib ki, qrip bütün yaş qrupunda rast gəlinən xəstəlikdir: “Ancaq kiçikyaşlı uşaqlar, eləcə də bağçaya, məktəbə gedənlər arasında yoluxma faktları artır. İmmuniteti zəif olanlar, hamilələr də yoluxma risk qrupuna aid şəxslərdir. Yoluxma riski müəyyən edilərək həyat şəraiti ona uyğun qurulmalıdır. Payız-qış mövsümündə vitamin və minerallarla zəngin qidalanmaya üstünlük verilməlidir.

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv