Səhiyyə Nazirliyi və "Diamed CO" arasında 762 minlik anlaşma: Şpris alınacaq

media-hightechnic-468x90

Səhiyyə Nazirliyi “Diamed CO” MMC ilə satınalma müqaviləsi imzalamağa hazırlaşır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, nazirlik tibbi ləvazimatların tədarükü çərçivəsində sözügedən şirkətdən şpris alacaq.

Məlumata görə, bu satınalma qarşılığında “Diamed CO” MMC-yə dövlət büdcəsindən 762 000 manat vəsait ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Diamed CO” MMC 27 oktyabr 2025-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı kifayət qədər yüksək məbləğlə — 9 519 934,48 manat ilə qeyd olunub.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsi, ev 47 olaraq göstərilir. Şirkətin qanuni təmsilçisi Samirə Atamalı qızı Hüseynovadır.

Qeyd edək ki, “Diamed CO” MMC ölkədə şpris istehsalı sahəsində ixtisaslaşmış müəssisə kimi tanınır. Şirkətin qanuni təmsilçisi Samirə Hüseynova haqqında isə açıq internet resurslarında hər hansı geniş məlumat mövcud deyil./Qafqazinfo/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05