Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səhiyyə Nazirliyindən vətəndaşlara MÜRACİƏT

“Son zamanlarda mövcud vəziyyətlə əlaqədar tibbi əlcəklərdən düzgün istifadə məsələsi gündəmdən düşmür. Bəzi vətəndaşlar tərəfindən tibbi əlcəklərdən düzgün istifadə edilməməsi və hətta küçələrdə istifadədən sonra yerə atılmış “əlcəklər” mənzərəsi narahatlığa səbəb olub”.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əlcəklərin istifadəsi ilə bağlı yaydığı məlumatda qeyd edilib.

“Bunu nəzərə alaraq, əhali üçün aktual olan tibbi əlcəklərin istifadəsilə əlaqədar maarifləndirici məlumatları vətəndaşların nəzərinə çatdırırıq və bu səpkidə olan məlumatlar mütəmadi olaraq Mərkəzin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Həmçinin, nəzərinizə çatdırırıq ki, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatlar əsasən əhalinın maarifləndirilməsinə xidmət edən məlumatlardır.

Həmin məlumatlarda göstərilən tibbi vasitələrlə əczaçılıq müəssisələrinin təchizatının həyata keçirilməsi Mərkəzin səlahiyyətlərinə aid deyildir. Mərkəzin əsas vəzifələrindən biri keyfiyyətə nəzarət etməklə əhalinin sağlamlığının qorunmasıdır”, – deyə mərkəzdən qeyd edilib.

www.yenicag.az

219
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100