Səid Nuri yayılan intim videosu bağlı açıqlama verib

media-hightechnic-468x90

63506_res_01Sentyabrın 11-də azərbaycanlı mühacir, ABŞ vətəndaşlığını qəbul etmiş Səid Nurinin intim həyatına dair gizli çəkilmiş videolent yayılıb.

media-banner_tkm

Məsələyə münasibət bildirən Səid Nuri özünün Facebook səhifəsində yazıb ki, hakimiyyət ona qarşı çirkin kampaniyaya başlayıb. O, yayılan videoyla bağlı heç bir narahatçılığı olmadığını bildirib:

“Yayılan videolar və şəkillərlə bağlı heç bir narahatçılığım yoxdur. Qız dostumla Azərbaycana ötən ilin mayında birlikdə gəlmişdik, münasibətlərimiz də gizli olmayıb. Sadəcə öz aləmlərində guya, mənə təzyiq edirlər…”.

Sentyabrın 11-də axşam saatlarında Səid Nuri Facebook səhifəsində yazıb ki, o, Azərbaycandan çıxarılır.

Azərbaycan Baş Prokurorluğu tərəfindən S.Nuriyə ölkədən çıxmaq qadağası qoyulmuşdu. Onun adı QHT-lərdən birinin cinayət işində şahid kimi keçir. ABŞ Dövlət Departamenti və bu ölkənin Azərbaycandakı səfirliyi isə rəsmi Bakıdan Səid Nuri məsələsinə aydınlıq gətirilməsini tələb edib.

S.Nuri əvəllər AXCP-nin gənclər təşkilatının fəallarından olub. 2005-ci ildə həns olunsa da, sonradan ona şərti cəza verilib. Daha sonra Norveç və ABŞ səfirliklərinin köməyi ilə Azərbaycanı tərk edən S.Nuri bir müddət ABŞ-da yaşadı və bu ölkənin vətəndaşlığını aldı. O, ABŞ vətəndaşlığı alandan sonra Azərbaycana tez-tez gəlib-gedir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05