Şəki teatrında Anton Çexovun əsəri səhnələşdirildi - FOTO

media-hightechnic-468x90

Şəki Dövlət Dram Teatrında mövsümün bağlanışı münasibətilə görkəmli rus yazıçısı Anton Çexovun “Qu quşunun nəğməsi” hekayəsi əsasında hazırlanan tamaşaya ictimai baxış olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti, Türkiyənin Çukurova Universiteti Dövlət Konservatoriyası Səhnə sənətləri kafedrasının professoru Cahangir Novruzov, quruluşçu və geyim üzrə rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.

Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə və Əbülfət Salahov ifa ediblər.

Tamaşanın ictimai baxışında Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova, sektorun baş məsləhətçisi Nəsibə Əsgərova və digər qonaqlar iştirak ediblər.

Qocaman komediya ustasının tamaşadan sonra boş teatrda yaşadığı illəri yenidən xatırlamasından, teatrla bağlı həyatı, ölüm, sevgi, istedad, səhnə eşqi barədə qoca suflyora etdiyi şikayətlərdən, onunla etdiyi müzakirələrdən bəhs olunan tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Azərbaycan və Şəki teatrının fədailərinə həsr edilən tamaşanın nümayişindən sonra Xalq artisti Cahangir Novruzov səhnəyə çıxaraq ömrünü teatra həsr etmiş yaradıcı insanlarla bağlı xatirələrini bölüşüb.

Sonda Şəki Şəhər İcra Hakimiyyəti adından Cahangir Novruzova xatirə hədiyyəsi təqdim edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600