!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə ferma yanaraq kül oldu

!Reklam – Yazi

publika.az1436705054ermeniŞəkinin Oğuzla həmsərhəd kəndlərində yenidən yanğınlar başlayıb.

Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, bu gün saat 16 radələrindən başlayaraq Şəkinin Oğuzla həmsərhəd olan Aşağı Kəldək və Aşağı Daşağıl kəndlərinin inzibati ərazisində yenidən biçilmiş taxıl, quru ot və kol-kos sahələrində yanğınlar başlayıb. Yanğın saat 18 radələrinə 80 hektardan yuxarı ərazini əhatə edib. Yanğının söndürülməsinə FHN-nin Şəki, Qax, Oğuz, Qəbələ, Yevlax rayonlarının və Mingəçevir şəhər DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyətləri cəlb edilib.

Yerli sakinlərin verdiyi məlumatına görə, yanğın ərazidə olan üç fermaya da keçib. Fermalardan biri artıq təmamilə yanıb. Yanğının söndürülməsinə kənd sakinləri də cəlb olunub. Yanğınlar hazirda davam edir(APA).

www.yenicag.az

542
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv