Selçuk Bayraktar: “Technofest” yenidən Azərbaycanda keçirilə bilər"

media-hightechnic-468x90

“Technofest” Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.

media-banner_tuq

Bunu “Report”un Şimali Kiprə ezam olunmuş müxbirinə açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar bildirib.

O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə – türk dünyasında keçirilməsi planlaşdırılır.

“Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci “Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, – deyə S.Bayraktar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci “Technofest” mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05