Səməd Seyidov Serbiya üzrə məruzəçi təyin edilib

media-hightechnic-468x90

7uhjiu8Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.

Komitənin toplantısında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Serbiyanın öhdəliklərinin yerinə yetirilməsi üzrə həmməruzəçi təyin edilib. Serbiya üzrə digər məruzəçi estoniyalı deputat İndrek Saardır.

Maraqlı məqam odur ki, Səməd Seyidov bu vəzifədə Ermənistan nümayəndə heyətinin rəhbəri David Arutunyanı əvəzləyib. S. Seyidov bildirib ki, Azərbaycan nümayəndə heyətinin digər ölkələr üzrə monitorinq prosesinə cəlb edilməsi Azərbaycana Avropa Şurasında etimadın göstəricisidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600