Martın 9-da saat 16 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində yük qatarının yoluna çıxmış Gədəbəy rayon sakini B.Əlizadəni qatar vurub.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, o, hadisə yerində ölüb.
Şəmkir rayon prokurorluğu tərəfindən araşdırma aparılır.