Şəmkirdə kütləvi dava baş verib

media-hightechnic-468x90

T7NEHF7Ötən gün axşam saat 21:12 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 28 yaşlı Sərxan Mahmudov üzərində bıçaq yaraları olan xəsarətlərlə mərkəzi rayon xəstəxanasına gətirilib.

Şəmkir rayon Polis Şöbəsinin Zəyəm bölməsindən  verilən məlumata görə, Sərxan Mahmudov yaxınlarının toy məclisində bıçaqlanıb. Belə ki, bir neçə şəxs toyda rəqs üstündə dava salıb, bu zaman aranı sakitləşdirmək istəyən Sərxan Mahmudov bıçaqlanıb.

Ancaq onun kim tərəfindən bıçaq zərbəsinə tuş gəldiyi hələlik məlum deyil.

Xəstəyə ilkin tibbi yardım göstərilib və onun səhhəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edəkl ki, əməliyyat istintaq qrupu hazırda kütləvi dava iştirakçılarının müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir. (deyerler.org)

media-ziraat-728x90

Şəmkirdə kütləvi dava baş verib

media-hightechnic-468x90

95704704Şəmkir Rayon Polis Şöbəsindən hadisə sentyabrın 8-də Şəmkir rayonunun Dəllər-Daşbulaq kəndində qeydə alınıb.

Kənd sakinləri Elçin Məmmədov, Rəşad Qələndərov və onun qardaşı Oqtay münaqişə zəminində qohumları Samir Mövsümovu ağacla döyüb, S.Mövsümov isə R.Qələndərova bıçaqla xəsarət yetirib. S.Mövsümov və R.Qələndərov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600