Şəmkirdə maşın dirəyə çırpılıb

media-hightechnic-468x90

images (2)Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkir rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə rayonun Dəllər Cəyir kəndində baş verib.

1986-cı il təvəllüdlü rayon sakini Seyidov Namiq İlqar oğlunun idarə etdiyi avtomobil yolun kənarında olan beton dirəyə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər – 1961-ci il təvəllüdlü Cabbarova Rübabə Əli qızı və 1964-cü il təvəllüdlü Qarayeva Ayna Məhərrəm qızı hadisə yerində ölüb. Avtomobildə olan 1 yaşlı Cəfərov Yusif Vüqar oğlu isə ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05