!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə müəmmalı qətl

!Reklam – Yazi

94757Bu gecə Şəmkir rayonunda qətl törədilib. Hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

Şəmkir rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Abbaslı kənd sakini 1991-ci il təvəllüdlü Məzahim Dilqəm oğlu İskəndərov aralarında yaranan mübahisə zəminində Aşağı Seyfəli kənd sakini 1993-cü il təvəllüdlü Rasim Rizvan oğlu Qəmbərlini bıçaqlayaraq qətlə yetirib.

Xəsarət alan 22 yaşlı gənc aldığı bıçaq yaralarından yerindəcə dünyasını dəyişib.

Qətli törədən Məzahim İskəndərov isə hüquq- mühafizə orqaları tərəfindən saxlanaraq istintaqa cəlb edilib.

Hadisənin hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırmalar başlanıb.

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv