Sənan Süleymanov olimpiadanı medalsız başa vurdu

media-hightechnic-468x90

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

Yenicag.az xəbər verir ki, 77 kiloqramda mübarizə aparan idmançı qırğızıstanlı Akjol Mahmudovla qarşılaşıb.

Rəqibinə 6:5 hesabı ilə uduzan S.Süleymanov 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa