Türkiyənin Suriyanın şimalında İŞİD hədəflərinə hava zərbələrindən sonra ilk dəfə Suriya tərəfindən rəsmi açıqlama gəldi.
Yenicag.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyindən BMT-yə göndərilən bəyanatda: “Gec olması olmamasından daha yaxşıdır. Fəqət, Türkiyə Əl-Qaidə, Əl-Nüsra və s. terror təşkilatları ilə bağlı olan müxtəlif qruplara müharibə elan etməkdə səmimi deyil”-deyə ifadə edilib.
Suriya Xarici İşlər Nazirliyi həmçinin rəsmi Ankaranı terrorçulara dəstək verməkdə günahlandırdı.
Qeyd edək ki, bəyanatda Türkiyənin Suriyanın şimalında İŞİD-ə qarşı həyata keçirdiyi hava hücumlarından konkret olaraq bəhs edilməyib.
www.yenicag.az