Sentyabrın 26-sı qeyri-iş günü olacaq

159879_res_01Bazar ertəsi, sentyabrın 26-sı qeyri-iş günü olacaq.

Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na ümumxalq səsverməsi (referendum) təyin edilib. Sentyabrın 26-ı bazar ertəsinə təsadüf edir. Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Buna görə də, 26 sentyabr ölkədə qeyri-iş günüdür. (APA)