Separatçılar arasında qalmaqal davam edir: “Ağlını başına yığmasa...”

media-hightechnic-468x90

Özünü buraxmış qondarma “Artsax”ın “keçmiş dövlət naziri”, tanınmamış “DQR”in sabiq “baş prokuror” Qurgen Nersisyan və “Təhlükəsizlik Şurasının keçmiş katibi” Samvel Babayan arasında uzun məsafəli atışma qeyri-ictimai sahədə də davam edir.

 

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşrinin yazdığına görə, S. Babayan vasitəçilik yolu ilə Q. Nersisyana bildirib ki, ona qarşı kampaniyanın davam etdirilməsi Nersisyana ağır yük ola bilər.

Qəzet əlavə edib ki, Nersisyan da geri çəkilmək fikrində olmadığını söyləyib:

“O, müxtəlif çevrələrdə bəyan edib ki, Babayanın müharibədən sonrakı illərdə hansı iqtisadi imtiyazlardan istifadə etdiyini, hansı üsullarla çalışdığını bilir və ağlını başına yığmasa, bütün bunların hüquqi müstəvidə həll olunması mümkündür. Babayan isə hüquq-mühafizə orqanlarına müraciət edərək ifadəsinin Qurgen Nersisyanın əlinə necə keçdiyini öyrənmək istəyib”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600