Separatçılar təslim oldular
Cənub-şərq ordusunun komandanı Gennadi Çepkalo milislərin silah-sursatlarını təhvil verərək təslim olduqlarını açıqlayıb.
Luqansk ərazisində 80-ə yaxın milis dəstəsi silahlarını verərək təslim olub. Blokadaya alınan milis dəstələri ilə qısa müddətli atışma olub. Bundan sonra 10 əsgər də silahlarını yerə ataraq təslim olub. Digər separatçılar barrikada quraraq atışmaya davam etsələr də, daha sonra onlar da atəşi dayandırıblar.
Gennadi Çepkalo bildirib ki, milis dəstələri silahlarını təhvil verərək təslim olublar.
Ordu komandirinin sözlərinə görə, qısa müddətdə təslim olan əsgərlər evlərinə göndəriləcək.