!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərdar Cəlaloğlu: “Adları siyahıda olmayanlar Ramiz Mehdiyevin adamlarıdır”

!Reklam – Yazi

Azərbaycanda sentyabrın 1-də keçirilməsi planlaşdırılan parlament seçkiləri yaxınlaşdıqca, ölkənin bir çox müxalifət fraksiyaları Milli Məclisdə mandat əldə etmək üçün mübarizəyə qoşulublar.

Azərbaycan siyasətinin bəzi stajlı siyasətçiləri özünü parlamentdə görmək istəyir. Bu siyasətçilərdən biri isə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.

2024-cü il seçkilərinə qatılacağını bəyan edən ADP lideri Yenicag.az-a açıqlamasında partiyasından daha 25 şəxsin də seçkilərdə iştirak edəcəyini söyləyib:

“Partiyamız Ali Məclisini çağırıb və biz 25-ə yaxın namizədlə seçkilərdə iştirak edəcəyik. Hətta mən özüm də 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Hazırda imza vərəqlərini gözləyirik. Digər üzvlərimizin bir çoxu artıq imza vərəqlərini alıb imza toplamağa başlayıb. Faktiki olaraq, Seçki Məcəlləsində göstərilən qrafikə uyğun prosesləri aparırıq”.

S. Cəlaloğlu iddia edib ki, onun deputat seçilməyinə maneələr törədilə bilər:

“Amma partiyamızdan 4-5 nəfər parlamentə düşə bilər. Düşünürəm ki, müxalifət bu il parlamentdəki sayını çoxalda bilməyəcək”.

YAP-ın seçki siyahısı ilə bağlı da fikirlərini bölüşən ADP lideri əlavə edib ki, adları yekun siyahıda olmayanlar Ramiz Mehdiyevin adamlarıdır:

“Mənə elə gəlir ki, bu seçkilərdə də əvvəlki seçkilərdə olduğu kimi klanlar bir-biri ilə vuruşur. Ona görə də bir çox adamların namizədliyi verilmədi. Bunlar da Ramiz Mehdiyevin tərəfdarı olan köhnə komanda üzvləridir. Görünən odur ki, onlar yenidən aktiv şəkildə bu mübarizə qoşuldular”.

Rafi Müslümov

COP29

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv