!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhədçi olmaq istəyənlərin NƏZƏRİNƏ

!Reklam – Yazi

Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin Mətbuat Mərkəzindən Yenicag.az-a  bildirilib ki, DSX-də həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar xidmətə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

– Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

– 35 yaşı keçməməli;

– Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Eyni zamanda, DSX-də hərbi tibb sahəsində həqiqi hərbi xidmətə və ya işə qəbul olmaq istəyən, aşağıda göstərilən ixtisaslar üzrə tibbi təhsili olan vətəndaşlar sənədlərini təqdim edə bilərlər:

– Həkim-terapevt;

– Həkim-ümumi cərrah;

– Həkim-stomatoloq;

– Həkim-sanepidemioloq;

– Həkim-dermatoloq;

– Həkim-infeksionist;

– Həkim-otolarinqoloq;

– Həkim-laborant;

– Tibb Universitetini bitirmiş, lakin rezidenturaya daxil olmamış həkimlər;

– Feldşer;

– Feldşer-laborant;

– Diş texniki.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

– Xidmətə qəbul olmaq istəyən kişi namizədlər müddətli həqiqi hərbi xidməti keçmiş olmalı;

– Fiziki cəhətdən sağlam olmalı;

– Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olmalıdırlar.

Namizədlər Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadrlar bölmələrinə müraciət edə bilərlər.

www.yenicag.az

800
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv