Azər Zahid ev dustaqlığına buraxıldı

media-hightechnic-468x90

Həbsdə olan aparıcı Azər Zahid ev dustaqlığına buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Oxu.az-a vəkil Yusif Seyfəlov məlumat verib.

Vəkil bildirib ki, Nərimanov Rayon Məhkəməsində Azər Zahidin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və A.Zahid məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Azər Zahid ötən ilin dekabrında saxlanılıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600