Türkiyə-Azərbaycan birliyini pozmaq istəyən GÜCLƏR: "Uğursuzluğa məğruz qalacaq"

media-hightechnic-468x90

“Bu prosesin fundamentində anti-türk, Türkiyə-Azərbaycan birliyini pozmaq və yenidən Azərbaycana obyekt kimi baxmaq istəyi var.”

Bu fikri Azərbaycanla İran və Rusiya arasındakı gərginlik, iki qonşudan gələn təhdidləri Yenicag.az-a şərh edən müstəqil siyasətçi Zəlimxan Məmmədli deyib.

media-zelimxan_memmedli-musahibe

Zəlimxan Məmmədlinin sözlərinə görə, baş verənlər tarixi düşmənçilikdən irəli gəlir:

“Azərbaycanı bu coğrafiyada bölən, istismar edən və hər birinə yad ideologiyalar aşılayan iki mərkəz mövcuddur – biri rus şovnizmi, digəri isə fars şovnizmi. Bu mərkəzlər bölgədəki geopolitik vəziyyəti dəyişdirmək, Azərbaycan və ya Türkiyə yönümlü olmaq istəyən ölkələri tormozlamağa çalışır. Onların məqsədi türk toplumunun güclənməsinə və birləşməsinə mane olmaqdır. Bu prosesin əsasını isə anti-türk yanaşma, Türkiyə-Azərbaycan birliyini pozmaq və Azərbaycana yenidən obyekt kimi baxmaq arzusu təşkil edir.”

O, həmçinin, Azərbaycanın güclənmiş dövlət strukturları, müttəfiqləri, ordusu və xalqı ilə bu təhdidlərə qarşı daha da gücləndiyini vurğulayıb.

“Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Bu gün Azərbaycanın güclü dövlət və milli əsasları, möhkəm müttəfiqləri, ordusu və xalqı vardır. Bu səbəbdən, Azərbaycana qarşı hazırlanan planların uğur qazanması ehtimalı çox azdır. Lakin Azərbaycana qarşı təzyiqlər davam edə bilər. Azərbaycan xalqı bu təzyiqlərə hazır olmalıdır. Eyni zamanda, Azərbaycanın siyasi sistemi və hüquq-mühafizə orqanları bu cür təhdidlərə qarşı daha güclü hazırlıq göstərməlidir. Hətta təxribatlar da mümkündür. Azərbaycanda, xüsusilə də ruslara qarşı, bəzi addımlar atıla bilər. Bu halda, hüquq-mühafizə orqanları daha ciddi şəkildə fəaliyyət göstərməli və cəmiyyətimiz provokasiyalara gəlməməlidir.”

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600