Elza Seyidçahandan aparıcıya: “O mahnılara mənim itim, pişiyim də qulaq asmaz!”

media-hightechnic-468x90

Elza Seyidçahan aparıcıya qəzəbləndi: “Bu gün-sabah nənə olacaq, hələ bilmir ki…”

“Bir aparıcı, yalvara-yalvara məni verilişinə çağırmışdı, küsüb çıxdım verilişdən.”

Yenicag.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidçahan “Pərvizə görə” verilişində deyib.

Sənətçi bəzi aparıcılara əsəbiləşib:

“Bir aparıcı, yalvara-yalvara məni verilişinə çağırmışdı, küsüb çıxdım verilişdən. Mənə sual verir ki, Siz müğənni, bəstəkar kimi sevilirsiniz də, niyə şairliyə həvəs göstərirsiniz? Bu adam, bugün-sabah nənə olacaq, bəlkə də nənədir, hələ bilmir ki, Elza 5 yaşından şeir yazır. Mən 5 yaşımda şeirlər yazmışam, ədəbiyyat dərnəyinə getmişəm. Sadəcə olaraq, o şeirlər üzə çıxmayıb. 2013-cü ildə partlayış oldu, şeir kitabım çıxdı və sevildim. Bu faktdır ki, hər kəs Elza Seyidçahanın şeirlərini əzbər bilir.

Sual verdi, estradada kimləri bəyənirsən? Dedim, Brilliant Dadaşova, Natavan Həbibi, Elnarə Xəlilova, Röya, Aygün, Zülfiyyə Xanbabayeva…

Sonra qayıtdı ki, Filankəsi, filankəsi dinləyirsiniz? Durdum, çıxdım verilişdən ki, Elza, sənin bu verilişdə nə işin var idi ki, o da sənə bu sualı verəydi? O mahnılara heç mənim itim, pişiyim də qulaq asmaz.”

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600