!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərhəddə hərbi toqquşma ehtimalı?: "Bəzi ölkələr gərginliyin artması üçün..." - ŞƏRH

!Reklam – Yazi

“Bəzi ölkələr Qarabağda gərginliyin artması üçün əlindən gələni edir”.

Bunu bəzi ekspertlərin sərhəddə yeni toqquşma ehtimalı və bu dəfə böyük güclərin də prosesə daxil ola bilmə proqnozlarını şərh edən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, sərhəddə ciddi toqquşmanın olması gözlənilmir:

“Qələbəmizdən iki il ötür. Məsələ ondadır ki, 10 noyabr bəyanatının tələbləri yerinə yetirilmir. Keçmiş Dağlıq Qarabağ ərazisinə tam şəkildə nəzarət etmirik. Laçın dəhlizinə də nəzarəti Rusiya sülhməramlıları edirdi. Yalnız eko fəalların aksiyalarından sonra həmin yolun bir hissəsinə Azərbaycan nəzarət edir.

Qarabağda gərginlik artan xətt üzrə gedir. Bəzi ölkələr gərginliyin artması üçün əlindən gələni edir. Azərbaycan öz ərazisində hakimiyyətini bərqərar etmək gücündədir. Buna da nail olacaq. Əvvəl Fransanın, sonra isə Avropa İttifaqının mütəxəssislərinin Ermənistana göndərilməsini Rusiyanı oyundan çıxarmağa cəhd kimi qiymətləndirmək olar. Rusiya nə Ermənistandan, nə də Qarabağdan çıxmaq fikrindədir.

İranın da Azərbaycana qarşı aqressiv mövqeyi var. İran Azərbaycana qarşı o qədər aqressivdir ki, beynəlxalq qanunları heçə sayaraq səfirliyimizə qarşı terror aktı törətdilər. Təkcə Ermənistanla yox, İranla sərhəddə də diqqətli olmalıyıq. Azərbaycanın qarantı Türkiyə, Şuşa bəyannaməsidir.

Sərhəddə kiçik insidentlər olur, ancaq böyük müharibənin, sərhəd toqquşmasının olmasını gözləmirəm”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

584
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv