!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Seriallara çəkilənlərlə çəkilməyənlərin QARŞIDURMASI: Kənan M.M-dən REAKSİYA

!Reklam – Yazi

Son vaxtlar çəkilən yerli seriallarla bağlı fikirlər birmənalı deyil. Bir çox sənət adamları həmin serialların istər ssenari, istərsə də rejissor işi baxımından keyfiyyətcə aşağı olduğunu düşünür. Bəzi aktrisa və aktyorlar bunu əsas gətirərək, seriala çəkilməkdən imtina etdiklərini bəyan edirlər.

Bu günlərdə əməkdar artist, aktrisa Naibə Allahverdiyevanın “Yerli seriallara çəkilmirəm, çünki olan-qalan hörmətimi itirmək istəmirəm. Aktyorlara aid etmirəm, amma seriallarımızda rejissor işi və ssenari sıfır səviyyəsindədir” fikri bir çox həmkarları tərəfindən dəstəkləndi. Seriala çəkilən aktyor və aktrisalar isə heç də həmkarlarının tənqidi fikirləri ilə razılaşmır. Onlar yerli serialların heç də zəif olmadığı qənaətindədirlər.

Bununla bağlı Yenicag.az-a açıqlamasında fikirlərini bölüşən tanınmış rejissor Kənan M.M kimin nə dediyinin onun üçün heç bir əhəmiyyət daşımadığını bildirib:

“O deyilənlərə cavab vermək istəmirəm. Mən öz işimlə məşğulam. Kim nə fikirləşir, fikirləşsin”.

Bir çox serialalrın rejissoru olan Kənan bu tənqidlərin serialda rol almayan aktyor və aktrisalar tərəfindən səsləndirildiyini, əslində isə seriallara çəkilənlərin bu qənaətdə olmadığını deyib:

“Çox maraqlidir ki, hər zaman belə fikirləri seriala çəkilməyənlər deyir, seriallara çəkilənlər isə bu düşüncədə deyil”.

Cəvahir

COP29

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv