Serialların boşanmalara TƏSİRİ: “Baxır ki, lüks həyat, dəbdəbəli bal ayı…” – VİDEO
Bu gün insanlar arasında tez-tez belə fikirlər səsləndirilir ki, boşanmaların artmasında seriallar müstəsna rola malikdir.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən tanınmış yazıçı Firuz Mustafa fikirlərini bölüşüb:
“Ailələrin dağılması, ailə intriqalarının yaranması müxtəlif amillərlə bağlıdır. Bu, sosial bəla daha çox iqtisadi, mənəvi, psixoloji, əxlaqi amillərlə bağlıdır. “İncəsənət” amili burada xüsusi yer tutur. Serialların təsirini də inkar etmirəm. Lüks həyat, bal ayları…”
Yazıçı insanları mənəviyyata səsləyən filmlərə və ciddi seriallara daha çox ehtiyac olduğunu bildirib.
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov