Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sərnişin mikroavtobusu qəzaya düşdü - Mingəçevirdə

Mingəçevirdə sərnişin mikroavtobusu qəzaya düşüb.

Yenicag.az “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, Avtovağzalın yaxınlığında baş verib.

Belə ki, “Vaz2107” markalı avtomobil həmin an xəttə olmayan, Mingəçevir-Bakı marşurutu ilə sərnişin daşıyan “Ford” markalı mikroavtobusla toqquşub.

Nəticədə “VAZ 2107”-nin sürücüsü – 1997-ci il təvəllüdlü şəhər sakini Əliyev Aydın Namiq oğlu xəsarət alıb. Yaralı hadisə yerinə gəlmiş təcili yardım maşını ilə şəhər xəstəxanasına aparılıb.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

547