Hindistanın şimalında yerləşən Ray-Bareli şəhəri yaxınlığıda sərnişin qatarı relsdən çıxıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Ərazidə xilasedicilər işləyir. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.