!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sərnişinin halı pisləşdi - Təyyarə Bakıda eniş etdi

!Reklam – Yazi

İstanbul-Səmərqənd reysini həyata keçirən “Uzbekistan Airways” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş sorğusu göndərib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Yenicag.az-a bildirilib.

Qeyd olunub ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin şəkildə pisləşməsi olub.

Hava limanının bütün xidmətləri vəziyyətə operativ reaksiya göstərmək məqsədilə tam hazırlıq vəziyyətinə gətirilib.

“Airbus A320” təyyarəsi yerli vaxtla saat 18:45-də Bakı hava limanına uğurla eniş edib. Sərnişinə dərhal ilkin tibbi yardım göstərilib. Səhhəti yaxşılaşdıqdan və onun razılığı ilə sərnişin uçuş təyinat məntəqəsinə doğru yoluna davam edib.

Təyyarə yerli vaxtla saat 21:07-də Bakıdan Səmərqəndə yola düşüb.

COP29

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv