Səudiyyə Ərəbistanı futbolunun ən bahalı transferi reallaşdı - FOTO

media-hightechnic-468x90

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ölkə futbolunun ən bahalı transferini reallaşdırıb.

Yenicag.az xəbər verir ki, klub Rusiya “Zenit”indən Malkomu heyətinə qatıb. Braziliyalı vingerlə dördillik müqavilə imzalanıb.

“Əl-Hilal” bu keçid üçün Sankt-Peterburq təmsilçisinə 60 milyon avro ödəyib. Bu, Səudiyyə Ərəbistanı klublarının ən bahalı transferi olub. “Əl-Hilal” daha əvvəl “Vulverhempton”dan Ruben Neveşi 55 milyon avroya heyətinə qatıb.

Digər Səudiyyə Ərəbistanı klubu “Əl-İttifaq” isə Fransa “Lion”undan Musa Dembeleni heyətinə qatıb. İmzalanan ikiillik müqavilə sayəsində mərkəz hücumçusu ərəblərə pulsuz başa gəlib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05