Sevda Məmmədəliyeva David Lortkipanidze ilə görüşüb

media-hightechnic-468x90

siaphoto_444370Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ilə Gürcüstanın Milli Muzeyinin direktoru David Lortkipanidze arasında görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, görüş zamanı Azərbaycan Gürcüstan muzeylərarası əlaqələrin genişləndirilməsi, yeni layihələrin həyata keçirilməsi, qarşılıqlı sərgilərin təşkili, müştərək sərgi layihələrinin müzakirəsi aparılıb. Söhbət əsnasında David Lortkipanidze qeyd edib ki, Milli Muzey Gürcüstanda fəaliyyət göstərən bir neçə muzeylərin birləşməsi sayəsində yaradılıb. O, muzeyin rəhbərliyi tərəfindən həyata keçirilən müasir, innovativ, maarifləndirici proqramlar barədə geniş məlumat verib.

Nazir müavini Milli muzeydə tətbiq olunan müxtəlif proqramları təqdirəlayiq hesab edərək David Lortkipanidzeni Azərbaycanda mühazirələr və seminar-treninqlər aparmağa dəvət edib.

Gürcüstanlı qonaq Milli Muzeyin fondunda Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı çoxlu sayda eksponatlar qorunub saxlandığını və gələcəkdə həmin kolleksiyaların nümunələri əsasında Azərbaycanda sərgilərin təşkilinə razılıq alındığını vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600