Sevgilisini şantaj etdi - 3,3 illik həbs edildi

media-hightechnic-468x90

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Daşqın Gəncaliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az-ın məlumatına görə, prosesdə prokuror təqsirləndirilən şəxsin 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub.

Hökmə əsasən, D.Gəncaliyev 3 il 3 ay azadlıqdan məhrum edilib.

İttihama görə, D.Gəncaliyev bir qadınla tanış olub. Bir müddət sevgili kimi görüşəndən sonra D.Gəncaliyev qadına hədə-qorxu gələrək pul tələb edib. Zərərçəkənin şikayəti əsasında D.Gəncaliyev həbs edilib.

Ona Cinayət Məcəlləsinin 182.2-ci (hədə-qorxu il pul tələb etmə) maddəsi ilə ittiham verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa