Sevil Cahani vəfat etdi - FOTO

media-hightechnic-468x90

Milli-azadlıq hərəkatının ən tanınmış xanım fəallarından biri olmuş Sevil Cahani dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat onun yaxınları tərəfindən paylaşılıb.

Sevil Cahani ötən əsrin 80-ci illərində vüsət alan milli-azadlıq hərəkatının ən fəal iştirakçılarından biri olub.

O, 1988-ci il noyabrın 17-dən dekabrın 5-nə qədər davam etmiş fasiləsiz mitinqlərini dağıdılmasından sonra həbs olunub və bir müddət həbsxanada saxlanılıb.

O, 1990-cı il yanvarın 25-də Sovet “KQB”sinin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə basqını zamanı orada olub.

Müstəqilliyin bərpasından sonra aktiv siyasi fəaliyyətlə məşğul olan Sevil Cahani son illərdə ağır xəstəliklə mübarizə aparırdı.

Allah rəhmət eləsin!

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600