!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəxsi məlumatlarınız OĞURLANA BİLƏR: “Vətəndaşlar xarici taksi xidmətlərindən istifadə etməkdə israrlıdırlarsa...” – AÇIQLAMA

!Reklam – Yazi

“Yandex Go” və ya Rusiya xaricində “Yango” kimi tanınan “Yandex” taksi xidmətinin xarici istifadəçilərin məlumatlarını Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürülməsi ilə bağlı sentyabrın 1-də qanun qüvvəyə minəcək. Bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb.

Azərbaycanda da “Yango” taksi xidmətindən kifayət qədər insan istifadə edir. Bəs bu xidmətdən istifadə edənlər şəxsi məlumatlarının ələ keçirilməməsi üçün nəyə diqqət etməlidirlər?

Məsələ ilə bağlı İKT üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, vətəndaşların fərdi məlumatlarının müəyyən qurumlara ötürülməsinin qarşısını almaq üçün dövlət tərəfindən müəyyən şərtlər qoyulmalıdır:

“Vətəndaşların şəxsi məlumatlarının hər hansı bir xarici taksi şirkəti tərəfindən müəyyən qurumlara ötürülməsinin qarşısını almaq üçün dövlət müəyyən şərtlər qoymalıdır. Yəni Azərbaycan Respublikası rezidentlərinin fərdi məlumatları yalnız Azərbaycanın hüdudları daxilində toplana bilər.

Birtərəfli qaydada məlumatların ötürülməsi ilə bağlı qərarın qəbul edilməsinə qarşı dövlət səviyyəsində bir tədbir görülməsə, onun qarşısını almaq qeyri-mümkün olacaq.

Dataların toplanma səbəbi müxtəlif ola bilər. Məsələn, Rusiya höküməti üzvləri üçün “İphone” markalı telefonların istifadəsi qadağandır. Çünki Amerika tərəfindən onların məlumatları oğurlana bilər. Yəni motivlər fərqlidir. Hər bir dövlət öz maraqlarını güdür.

Ümumiyyətlə, Azərbaycanda taksi şirkətləri ilə bağlı ümumi qaydalar müəyyənləşib. İndi biz deyə bilmərik ki, ölkəmizdə fəaliyyət göstərən “Yango” taksi şirkəti məxfi məlumatları ötürmə ehtimalına görə boykot ediləcək. Hər halda onun qadağan edilib-edilməyəcəyini zaman göstərəcək.

Vətəndaşlar xarici taksi xidmətlərindən istifadə etməkdə israrlıdırlarsa, deməli, onlar məlumatlarının aqreqatorların əlinə keçə bilməsi ilə razılaşırlar. İstənilən halda elektron xidmətlərdən qeydiyyatdan keçiriksə, məlumatlarımızın başqa əllərə düşməyəcəyi ilə bağlı heç kim təminat vermir”.

Sadiq Cavadov

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv