Şeyxin Quba nümayəndəsi həbs edilib? – ŞOK İDDİA

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şimal bölgəsi üzrə nümayəndəsinin saxlanıldığı bildirilir.

Yenicag.az-a daxil olan məlumata görə, QMİ-ni Şimal bölgəsi üzrə nümayəndəsi Hacı Elnur Əfəndi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumata görə, onun saxlanılmasının səbəbi açıqlanması münasib sayılmayan və bölgədə ciddi narazılığa səbəb olan hərəkətləridir.

Xəbəri dəqiqləşdirmək üçün əlaqə saxladığımız QMİ-nin telefonlarına davamlı zənglərimizə cavab verilmədi.

Səxavət Məmməd

COP29