Səyyad Aran yeni vəzifədə
Keçmiş konsul Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinın səlahiyyətlərini icra edir.
Mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Elşad İskəndərovu hazırda Səyyad Aran əvəz edir.
Komitə sədrinin müavini olmuş S.Aran hazırda sədrin səlahiyyətlərini icra edir. Məhrum prezident Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələn millət vəkilləri S.Aranı təbrik ediblər.
O, müxbirimizə deyib ki, sadəcə, sədrin səlahiyyətlərini icra edir, təbriklər də məhz buna görə ünvanlanır.
O, Komitə sədri vəzifəsinə kimin təyin olunacağı barədə məlumatının olmadığını söyləyib(teleqraf.com).