Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjasına hücum etdi

media-hightechnic-468x90

Şimali Koreya xakerləri Asiyanın ən böyük kriptobirjalarından birinə hücum ediblər.

Yenicag.az xəbər verir ki, “Lazarus” adlı xaker qrupu kriptobirjanın korporativ şəbəkəsinə “Celas Trade Pro” zərərverici tətbiq yükləyiblər.

Belə ki, xakerlər treyderlərə e-mail göndərərək həmin tətbiqi yükləməyi təklif ediblər. İstifadəçi tətbiqi yükləyəndən sonra kompüter “Fallchill” troyanı ilə yoluxub. Beləliklə, xakerlər treyderin məlumatlarını əldə edib, onun kriptovalyutalarını ələ keçirməyə nail olublar.

Qeyd edək ki, “Lazarus” xaker qrupu bundan öncə “Sony Pictures” serverlərinə hücum edib və Banqladeş Mərkəzi Bankından 81 mln. dollar pul oğurlayıblar./Report/

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600