Parçalanmış türk birliyinin DİNAMİK BƏRPASI: “Bu dəyərlər bütün türkləri hər zaman bir-birinə...” – Millət vəkili

media-hightechnic-468x90

“Azərbaycan-Türkiyə qardaşlığı fonunda bütün türk dövlətləri birləşməyə can atmalıdır”.

Bu fikirləri türk birliyində mənəvi dəyərlərin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Rəfail Hüseynov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkili bildirib ki, türk xalqları arasında mövcud olan birliyin dünyanın heç bir yerində analoqu yoxdur:

“Tarixə nəzər salsaq, Asiyadan tutmuş Afrikaya qədər türk izlərinə rast gəlmək mümkündür. Türkün olduğu hər yerdə daim sülh və sabitlik hökm sürüb. Vaxtilə parçalanmış türk birliyi hazırda yenidən və sürətlə bərpa olunmaqdadır.

Azərbaycan-Türkiyə qardaşlığı fonunda bütün türk dövlətləri birləşməyə can atmalıdır. Bu istiqamətdə kifayət qədər nailiyyətin əldə olunduğu da qeyd edilməlidir.

Oğuzları hazırda bir-birinə qovuşduran “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanlarının qəhrəmanlarıdır. Mənəvi dəyərlər türklər üçün mühüm əhəmiyyət kəsb edən amildir. Bu dəyərlər bütün türkləri hər zaman bir-birinə yaxınlaşdırıb”.

Nəsimi Ələsgərli

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600