“Simonyan da passiv revanşistdir” – İrəvanda sülhün əksinə bəyanatlar ÇOXALIR

media-hightechnic-468x90

“Müharibənin bitməsindən beş il keçir, ancaq buna baxmayaraq, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması hələ də mümkün görünmür. Bunun əsas səbəbi isə Ermənistanda mövcud olan revanşist düşüncələrdir. Azərbaycan Prezidenti bu revanşizmi kateqoriyalaşdıraraq bildirdi ki, Ermənistanda həm aktiv, həm də passiv revanşistlər var”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili Ermənistan parlamentinin sədri Alen Simonyanın ötən gün müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, A. Simonyan dünənki çıxışında bəyan edib ki, Ermənistan vətəndaşları indiki müxalifətə Qarabağda müharibənin niyə başladığını, bunun kimin günahı olduğunu “başa salıb”, bundan sonra isə onlar hakim “Vətəndaş Müqaviləsi” partiyasına səslərini veriblər.

Prosesləri şərh edən millət vəkili diqqətə çatdırıb ki, Ermənistanda mümkün sülhü dəstəkləyəcək ictimai mühit yoxdur:

“Mənə elə gəlir ki, Alen Simonyanın səsləndirdiyi bu fikirlər Ermənistan ictimai rəyinə verilən mesaj xarakteri daşıyır. Məqsəd isə budur ki, bu fikirlər ictimai rəy tərəfindən qəbul edilərək onun düşüncə tərzinin bir parçasına çevrilsin. Çünki 30 illik müharibə Ermənistana heç bir üstünlük qazandırmadı, əksinə, onu regional kommunikasiyalardan və inteqrasiyalardan tamamilə təcrid etdi”.

H. Babaoğlu əmindir ki, bu gün Ermənistan hələ də özünü lokalizə etmiş və blokada vəziyyətində saxlayır:

“Bu durumdan çıxış yolu isə yalnız və yalnız sülhdür. Düşünürəm ki, məsələnin iki tərəfi var: mən Alen Simonyanın bu kontekstdə Ermənistan ictimaiyyətinə etdiyi çağırışın səmimi olduğuna inanmıram. Amma bütün hallarda, 2026-cı ildə keçiriləcək seçkilərdə elektoratdan səs almaq cəhdi bu çağırışdan daha üstün mövqedə dayanır. Nəticə etibarilə, Simonyan həqiqəti dilə gətirməklə ictimai rəyin formalaşmasında real siyasi proseslərə və mövcud hərbi-siyasi, diplomatik vəziyyətə obyektiv əsaslar yaratmağa cəhd edir. Lakin düşünürəm ki, Alen Simonyan da passiv revanşistlərdən biridir”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600