Simonyan: "İrəvan və Bakı arasında sülh əməkdaşlığa gedən yoldur"

media-hightechnic-468x90

Ötən il əldə edilmiş Vaşinqton razılaşmaları fonunda Ermənistan və Azərbaycan arasında sülhün möhkəmləndirilməsi iki ölkənin xalqları üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addımdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci assambleyasında bildirib.

“İstanbulda 152-ci assambleyanın sessiyasında “Sülhü təmin edərək və gələcək nəsillər üçün ədalətə zəmanət verərək” mövzusunda çıxış etdim. 2025-ci il razılaşmasından sonra Azərbaycanla sülh möhkəmlənib, xalqlarımız üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addım atılıb”, – Ermənistan parlamentinin spikeri “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İrəvan Bakı ilə sülhün möhkəmləndirilməsinə, dialoqun irəliləməsinə və onun real imkanlara çevrilməsinə sadiqdir.

“Biz regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə sabitliyin, qarşılıqlı bağlılığın və ümumi rifahın üstünlük təşkil edəcəyi bir gələcək qurmağa hazırıq”, – Simonyan yekunlaşdırıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05