Sinir hüceyrələrinin bərpa üsulu tapıldı

media-hightechnic-468x90

Bir qrup amerikalı biotibb və nevrologiya mütəxəssisi zədələnmiş sinir hüceyrələrinin bərpası üsulunu tapıb.

Yenicag.az-ın məlumatına görə, Kolorado Universitetinin alimləri müəyyən edib ki, regenerasiya prosesini motorika vasitəsilə stimullaşdırmaq mümkündür.

Müşahidələr nəticəsində məlum olub ki, sağlam nevroloji funksiyaları təmin edən oliqodendrosit hüceyrəsi yeni mielin təbəqələri yaratmaqla sinir toxumasını bərpa edə bilir.

Bu, dağınıq sklerozdan əziyyət çəkən siçanlar üzərində təcrübə zamanı təsdiqlənib. Belə ki, siçanlarda bəzi davranış hərəkətlərindən sonra sinir sistemi bərpa olunub.

Alimlər hesab edir ki, bu kəşf müxtəlif zədələrə və insultun ağır nevroloji fəsadları nəticəsində əlil olan şəxslərə kömək edəcək./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600