Siqaret çəkənlərə BƏD XƏBƏR: İqtisadçıdan BƏDBİN PROQNOZ

“Əgər qonşu ölkələrə nisbətən siqaret və spirtli içkilərin qiymətində kəskin artım olacaqsa, bu, aksiz markası olmayan, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaret və spirtli içkilərin artmasına səbəb ola bilər”.

Azərbaycana idxal edilən siqaret məmulatları və içkilərin aksiz vergisi artırılıb.

Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli aksiz vergisinin artmasının siqaret və spirtli içkilərin bahalaşmasına gətirib çıxaracağını bildirib.

“Təbii ki, istənilən vergi növündə artım olarsa, bu, məhsulun qiymətinə də təsir göstərir. Bu, birinci dəfə deyil, Azərbaycanda son illərdə ard-arda beşinci dəfədir ki, həm siqaret məhsullarında, həm də spirtli içkilərdə aksiz vergisi artırılır. Bu, sosial məsələ olmadığına, vətəndaşlara birbaşa ciddi təsiri olmadığına görə hökumət çox rahatlıqla bu addımı atır. Bu da qiymətlərin artımına təsirini göstərir. Burada bir məsələdə çox diqqətli olmaq lazımdır. Əgər qonşu ölkələrə nisbətən siqaret və spirtli içkilərin qiymətində kəskin artım olacaqsa, bu, aksiz markası olmayan, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaret və spirtli içkilərin artmasına səbəb ola bilər. Buna diqqət yetirmək lazımdır”.

Cəvahir

COP29