Gürcüstanda yeni ildən etibarən “PHILIP MORRIS” şirkətinin istehsalı olan siqaretlər 2-3 dəfə bahalaşıb.
Bu günə olan qiymətlərə əsasən `Parlament` siqaretin dəyəri 2-dən – 4,2- dollara, `Malboro` 1,3-dən 3,3 dollara, `Çesterfild`in qiyməti 0,9-dan 2,1 dollara, `L.M`-in qiyməti isə 1-dən 1,7 dollara yüksəlib.
Bu arada adı çəkilən siqaretlər defisit məhsula çevrilib və onları paytaxt Tbilisidə tapmaq praktiki olaraq mümkün deyil. Rəsmi distributor olan `Omeqa` isə yaranan vəziyyəti şərh etmək imtina edib.
Gürcüstan maliyyə nazirliyi isə bəzi növ siqaretlərin qiymətinin kəskin formada qalxmasını 2016-cı ilin yanvar ayından tütün məhsullarına tətbiq olunan aksiz dərəcələrinin artırılması ilə bağlı olmadığını qeyd edib.
“Siqaretin qiymətinin iki dəfə artması aksiz dərəcələrinin qaldırılması ilə bağlı deyil. Ehtimal ki, bu bazarda siqaretə olan tələbatla tədarük həcmlərində olan balansın pozulması ilə əlaqədardır”, – deyə nazirlik qeyd edib.(Azvision)
www.yenicag.az