!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirniyyat sevənlərə ŞAD XƏBƏR: Alimlər kökəlməyin qarşısını alan dərman İCAD ETDİLƏR

!Reklam – Yazi

Amerikalı alimlər şirniyyat yeməyə və kökəlməməyə imkan verən dərman icad ediblər.

Yenicag.az xəbər verir ki, ABŞ-nin San Antonio şəhərindəki Texas Universitetinin Sağlamlıq Elmləri Mərkəzinin alimləri şirniyyat yeməyə və kökəlməməyə imkan verən CPACC adlı dərman ixtira ediblər. Elmi iş Cell Reports jurnalında dərc olunub.

CPASS adlı yeni dərman maddələr mübadiləsini gücləndirir, xolesterini aşağı salır, qanda oksigen səviyyəsini saxlayır və qaraciyərin sağlamlığını qoruyur. Bu, maqneziumun enerji istehsalına və kalorilərin yandırılmasına cavabdeh olan hüceyrələrə hərəkətini məhdudlaşdırmaqla əldə edilir.

Elmi sınaqların nəticələri göstərir ki, bu dərman sayəsində siz müxtəlif yeməklərdən həzz ala və eyni zamanda yaxşı fiziki formada qala bilərsiniz.

Məsimə

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv