“Siyəzən Broyler”in həbsdəki əməkdaşı məhkəmədən azadlığa buraxıldı

media-hightechnic-468x90
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə ittiham edilərək həbs edilmiş “Siyəzən Broyler” ASC-nin satış nümayəndəsi Z. Qurbanova hökm oxunub.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məhkəmə Z.Qurbanovu Cinayət Məcəlləsinin 178.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə təqsirli bilib.
Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmədə bildirilib ki, şirkətin satış nümayəndəsi olan Z. Qurbanov anbardan 553 min manatlıq toyuq məhsullarını götürərək mağazalara paylayıb. Lakin o, malın dəyərinin böyük hissəsini kassaya mədaxil etsə də, 70 min manata yaxın vəsaiti mənimsəyib.
İstintaq müddətində Z.Qurbanov şirkətə dəymiş zərəri tam ödəyib və “Siyəzən Broyler”lə barışıq əldə edib.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600