Skandal: Üzərində “La ilahə illallah” yazılmış pivə satışa çıxarıldı – FOTOLAR

Ramazan ayına bir neçə gün qalmış satışa çıxarılmış pivələr müsəlmanların etirazına səbəb olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Privatbrauerei Eichbaum GmbH & Co. KG” adlı alman firması “Ureich” markalı pivə şüşələrinin üzərinə “La ilahe illallah, Məhəmmədin Rəsulullah” yazdırıb. Satışa çıxarılan pivələr xüsusilə Almaniyada yaşayan türklərin narazılığına səbəb olub.

Müsəlmanlar bu pivələrin tezliklə bazardan yığışdırılmasını və şirkətin üzr istəməsini tələb edirlər.