ŞKTC ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq məsələləri müzakirə edildi - FOTO / VİDEO

media-hightechnic-468x90

Oktyabrın 12-də Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Tanıtım Günləri çərçivəsində Şimali Kipr Universitetləri Birliyinin təşkilatçılığı ilə ŞKTC və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri mövzusunda konfrans keçirilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, konfransa Şimali Kipr Universitetlər Birliyinin sədri Salman Arslanbaş, millət vəkili Naqif Həmzəyev, ŞKTC və Azərbaycan universitetlərinin rektor, prorektor və nümayəndələri qatılıb.

Konfransda ŞKTC universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri, universitetlərarası akademik əməkdaşlıq, azərbaycanlı tələbələrin Şimali Kiprdə təhsil alması və bir sıra digər məsələlər müzakirə olunub.

Deputat Naqif Həmzənin təşəbbüsü ilə Şimali Kipr və Azərbaycan Universitetləri birliyinin yaradılması haqqında ideya irəli sürülüb və dəstəklənib. Eyni zamanda, Şimali Kipr Universitetlər Birliyi tərəfindən Qarabağ müharibəsi şəhidlərinin və qazilərinin övladlarına təqaüdlü təhsil verilməsi məsələsi ilə bağlı qərar qəbul olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05