Skuterlə toqquşan aktrisanın SON DURUMU – AÇIQLAMA
Yolu keçərkən skuterlə toqquşaraq ağır bədən xəsarəti alan Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın səhhəti nisbətən yaxşılaşıb.
Bunu Yenicag.az-a açıqlamasında aktyor, Əməkdar artist İlham Əsədov deyib.
O, beyin silkələnməsi diaqnozu qoyulan aktrisanın Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə olunduğunu bildirib:
“Xəstəxanadadır, müalicə olunur. Vəziyyəti o qədər də yaxşı deyil. Orta yaxşıdır, demək olar. Bir müddət xəstəxanada qaldıqdan sonra, yəqin ki, müalicəsi evdə davam etdiriləcək”.
Qeyd edək ki, hadisə iyunun 5-də baş verib.
Cəvahir