Şöbə müdiri qəzaya düşdü

media-hightechnic-468x90

76804Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib.

Bu barədə hadisə şahidlərindən biri məlumat verib. Onun deməsinə görə, cənab Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını Vaz 21 015 markalı Jiquli ilə toqquşub. Z. Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik.

Saytın məlumatına görə, ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z. Nağdəliyev də bu məqsədlə Ağdama gedirmiş.

Z. Nağdəliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600